22 fevral 2012 15:50

Mahir Şükürov: Kimin güclü olduğunu oyunlar göstərəcək

“Qəbələ”nin kapitanı Mahir Şükürov Premyer Liqanın 21-ci turunun “Xəzər Lənkəran”la oyunundan danışıb, Kamran Ağayevlə aralarında yaranan münaqişəyə toxunub.
 
- “Xəzər Lənkəran”la oyunda son dəqiqələrdə əldə etdiyiniz qələbəni necə dəyərləndirərdiz?
- Bilirdik ki, bizi “Xəzər Lənkəran” kimi güclü komandayla çətin oyun gözləyir. Buna görə də oyunda ciddi hazırlaşmışdıq. Birinci hissədə çoxlu qol epizodları yaratsaq da, bütövlükdə bizdə hər şey alınmırdı. İkinci hissədə isə biz baş məşqçimizin dediklərini həyata keçirə bildik. Nəticədə layiqli qələbə qazandıq.
 
- “Simurq” və “Xəzər Lənkəran” üzərindəki qələbələr “Qəbələ”nin altılıq mərhələsində də sabit oyun sərgiləyəcəyinə işarə sayıla bilər?
- Bu oyunlar da göstərdi ki, biz bu qış yaxşı hazırlıq keçmişik. Komanda həqiqətən artırıb. Üstəgəl, mənim komandaya qayıdışımın da müəyyən təsiri oldu. Həmin qeyri-sabit “Qəbələ”ni daha görməyəcəksiz.
 
- Bu qələbə faktiki olaraq komandanı ilk altılığa daşıdı...
- Mövsümün əvvəlində klub rəhbərliyi qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsini qoymuşdu. Bu yolda bizə ilk növbədə birinci altılığa vəsiqə qazanmaq lazım idi. Altılığın startına cəmi 2 tur qalıb. “Rəvan”la “Kəpəz”i də məğlub etsək, daha yaxşı olardı. Çünki həmin oyunlarda qazanılacaq altı xal bizə iddialılar arasında özümüzü daha rahat hiss etməyə imkan yaradardı.
 
- XL üzərindəki qələbəni milli komandadan komanda yoldaşınız olan Kamran Ağayevlə aranızdakı qalmaqal korladı. Həmin epizodda nə baş vermişdi ki?
- O, hakimdən mənə ikinci sarı vərəqə verilməsini tələb edirdi. Halbuki, mən “Xəzər Lənkəran”ın oyunçusuna toxunmamışdım. Bunu matçın videoyazısına baxanda da görə bilərsiz. Mən sadəcə ondan xahiş etdim ki, yerində əyləşsin. Onu təhqir etməmişəm. Ehtiyat oyunçular skamyasında oturub hakimdən nəsə tələb etmək düz deyil.
 
- Millinin Dubay toplanışı barədə nə düşünürsüz?
- Bu, ən mühüm hazırlıq proseslərindən biridi. Hazırlıq zamanı 3 yoxlama oyunu keçirəcəyik. Komandanın sıralarına yeni futbolçular cəlb olunublar. Onları da sınaqdan keçirmək lazım gələcək.
 
- Yeri gəlmişkən, sınaqçı rəqiblərimizi necə qiymətləndirirsiz?
- Düzünü deyim ki, Hindistan, Sinqapur və Fələstin mənim üçün ekzotik rəqiblərdi. Buna baxmayaraq, bütün oyunlarda qələbə qazanmağa çalışacağıq. Baxmayaraq ki, bu, çox çətin olacaq. Amma onlar da bizi tanımırlar. Kimin güclü olduğunu oyunlar göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.