22 fevral 2012 15:38
Sumqayıt 10 futbolçu ilə vidalaşdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turundan sonra Azərbaycan milli komandasının təlim-məşq toplanışı ilə bağlı yaranmış fasilə ilə əlaqədar “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernard Raab futbolçuları 1 günlük istirahətə buraxıb. Azerisport.az xəbər verir ki, komanda sabahdan etibarən “Şəfa” stadionunda məşqlərə başlayacaq.
“Neftçi” ilə qarşılaşmada zədələnən kapitan Samir Abasov artıq sağalıb. Onun sabahkı məşqdə iştirak edəcəyi bildirilir. Bərpa kursu keçən Emil Balayev isə hazırlığa gələn həftədən qatılacaq.
Qeyd edək ki, A milliyə çağırılan 3 futbolçu – Andrie Popoviç, Bədavi Hüseynov, Hacı Əhmədov və U-21-in düşərgəsinə yollanan Ruslan Tağızadə, Tərlan Quliyev, Abdulla Abatsiyev, Kamil Nurəhmədov, Eşqin Quliyev, Emin Mustafayev və Orxan Həsənov isə məşqlərə nisbətən gec qatılacaq.
