22 fevral 2012 14:54
İnter də istirahətə buraxıldı
“Sumqayıt”la oyundan dərhal sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze yetirmələrinə istirahət verib. Azerisport.az xəbər verir ki, koomanda fevralın 24-də toplaşacaq və “Bakı” komandasıyla görüşə hazırlaşmağa başlayacaq.
Qeyd edək ki, “İnter”in 6 futbolçusu Azərbaycan milli komandalarına dəvət alıb. Belə ki, Vladimir Levin, Arif Daşdəmirov və Nizami Hacıyev əsas komandaya, Səlahət Ağayev, Asif Mirili və Elnur Abdulov isə gənclərdən ibarət yığmaya çağırılıblar.
