22 fevral 2012 13:35
Simurq buraxıldı
Azərbaycan Premyer Liqasının 21-ci turundan sonra Azərbaycan milli komandasının təlim-məşq toplanışı ilə bağlı yaranmış fasiləni nəzərə alan “Simurq”un məşqçilər korpusu futbolçuları istirahətə buraxıb. Azerisport.az xəbər verir ki, komanda fevralın 25-də Zaqatalada bir araya gələrək hazırlıqları davam etdirəcək.
Qeyd edək ki, Andrey Rubin Latviya yığmasına çağrıldığına görə martın 1-də Zaqatalaya gələcək. 33 yaşlı futbolçudan başqa İlkin Qırtımov və Rüstəm Abbasov da U-21 Azərbaycan milli komandasına dəvət olunduqlarına görə məşqlərə gec qatılacaqlar.
