22 fevral 2012 00:05
Seriya A klubunda yeni baş məşqçi
Futbol üzrə İtaliya A Seriyasında çıxış edən “Cesena” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu günlərdə istefaya göndərilən Daniele Arriqoninin əvəzləyəcisi Mario Beretta olub.
Qeyd edək ki, Beretta bu mövsüm sözügedən klubu çalışdıracaq üçüncü mütəxəssisdi. A Seriyasının autsayderinin acınacaqlı durumu baş məşqçilərin də komandadakı aqibətinə təsirsiz ötüşmür.
Xatırladaq ki, Arriqoni ötən ilin noyabrında Marko Campaolonu əvəzləmişdi. Arriqoninin müqaviləsi iyuna qədər olsa da, komandanı qara zolaqdan çıxara bilməməsi onun da istefasını tezləşdirdi.
Beretta isə ötən mövsüm “Brescia”nı çalışdırırdı. Onun yeni komandası isə son beş turda cəmi 1 xal toplaya bilib. Bütövlükdə “Cesena” 23 oyundan sonra topladığı 16 xalla 20 komanda arasında sonuncu pillədə gedir.