21 fevral 2012 19:02
Vaqif Cavadov: Foqtsla barışmağa hazıram
“Berti Foqtsla barışmağa hazıram”. Azerisport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Vaqif Cavadov deyib.
Cavadov Foqtsla barışmasının səbəbini də açıqlayıb: “Buna ona görə demirəm ki, Foqts DÇ-2014-ün seçmə mərhələsində də Azərbaycan millisini çalışdıracaq. Mən bu addımı yalnız milli komanda üçün atacağam. Qoy, AFFA mənim sözlərimi nəzərdə saxlasın”.
Qeyd edək ki, Vaqif AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda baş tutan Avstriya ilə görüşdən (1:4) sonra Azərbaycan millinin düşərgəsini tərk etdiyinə görə cəzalandırılıb.
