21 fevral 2012 18:51
Neftçi Rodriqinyoya qovuşub, Alessandronu yola saldı
"Neftçi"nin braziliyalı futbolçusu Rodriqinyo Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, müalicəsini davam etdirən futbolçu "Neftçi" - "Rəvan" qarşılaşmasını stadiondan izləyib.
Xatırladaq ki, Rodriqinyo çempionlar liqasının təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Dinamo” (Zaqreb, Xorvatiya) - "Neftçi" oyununda ciddi zədə almışdı.
“Flaqman”ın digər üzvü AlessandroViana da Silva isə Braziliyaya yollanıb. Hazırda zədəli olan futbolçu vətənində müalicə olunacaq.
