21 fevral 2012 18:36

Rauf Əliyev: Vaqifi tezliklə yenidən yığmada görəcəyik

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev azerisport.az saytına müsahibəsində qarşıdan gələn prezident seçkiləri öncəsi son illərdə görülən işləri dəyərləndirib, Azərbaycan futbolundakı problemlərə toxunub.
 
- AFFA-nın son dörd ildəki fəaliyyətini necə qiymətləndirirsiz?
- AFFA son illərdə çox qənaətbəxş işlər aparıb. Çoxlu yeni stadionlar tikilib, təmir olunub, bərpa olunub. Ölkəmizdə futbol oynamağa artıq 13 yaşdan başlayırlar. Uşaq çempionatlarına banklar, böyük şirkətlər sponsorluq edirlər. Onların hamısı Azərbaycanda futbolun inkişafına dəstək verməyə çalışırlar. Bu yöndə AFFA-nın apardığı işi müsbət qiymətləndirirəm.
 
- Bəs yığma ilə bağlı necə?
- Yığma üçün hazırda hər cür ideal şərait yaradılıb. Milli komandamız Dubayda, Almaniyada hazırlıq prosesi keçir. Futbolçular hər cür testlərdən keçirlər, çoxlu oyunlar keçirirlər. Əvvəllər biz yoldaşlıq oyunu keçirmək üçün rəqib tapa bilmirdik. Amma gələn birdən-birə üç yoxlama matçına çıxacağıq. Təəssüf ki, ürək açmayan yeganə məqam nəticələrdi.
 
- Sizi məhz nə məyus edir?
- Məni o məyus edir ki, milli üzvləri klublarında ehtiyatda qalırlar. Onlara şans vermək lazımdı. Axı həmin futbolçular üçün yığmaya yol Azərbaycan çempionatından keçir. Sonra da deyirlər ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdi.
 
- Məgər elə deyil?
- Biz öz oyunumuz barədə düşünməliyik, Fələstinin, Sinqapurun, Hindistanın reytinqdə neçənci olmasını yox. Zəif rəqib olmur, zəif oyun olur.
 
- Sizcə, Rövnəq Abdullayev prezident postunda qalmalıdı?
- Bəli. Çünki o, başladığı işi sona çatdırmalıdı. Fikrimcə, ona alternativ yoxdu.
 
- Elə isə qarşıdakı illərdə əsas vəzifə nədən ibarət olacaq?
- Fikrimcə, texniki bazanın möhkəmlənməsi barədə düşünməliyik. Biz artıq keyfiyyətin yaxşılaşmasına çalışmalıyıq. Uşaq futbol məktəblərinə diqqət ayrılmalıdı, inşası davam etdirilən stadionlarda aparılan işləri başa çatırmaq lazımdı. Görüləsi işlər çoxdu.
 
- Siz də postunuzda qalacaqsız?
- Hər şeyi seçkilər göstərəcək.
 
- Necə düşünürsüz, Berti Foqts Vaqif Cavadovu yığmaya qaytarmalıdı?
- Mətbuat bu barədə çox danışır. Tərəflər arasında heç bir münaqişə yoxdu. Sadəcə, Vaqif futbolçudu, onun işi oynamaqdı. Foqts isə məşqçidi, yığmanı formalaşdırır. Düşünürəm ki, tezliklə hər şey yoluna düşəcək və biz yenidən Vaqifi yığmada görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.