21 fevral 2012 17:33
“Hər komanda Neftçinin güclü təzyiqinə tab gətirə bilmir”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 21-ci turunun “Neftçi” ilə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesabıyla qələbə qazandığı – məğlub olduğu oyundan sonra bunları dilə gətirib:
”Neftçi” ilə oyunun çətin olacağını bilirdik. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Təəssüf ki, ələ düşən fürsətləri dəyərləndirə bilmədik. Rəqibimiz hücum futbolu oynayırdı. Hər komanda “Neftçi”nin oyunboyu güclü təzyiqinə tab gətirə bilmir. Bu nəticədən sonra ilk “altılığ”a düşmək şanslarımız bitdi”.
