7 fevral 2012 11:41
Barcelona Laureusu da qazandı
İdmanın “Oskar”ı sayılan Laureus mükafatlarının sahibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Londonda keçirilən təntənəli mərasimdə 2011-ci ilin ən yaxşı idmançıları mükafatlandırılıb.
Ötən ilin ən yaxşı kişi idmançısı il ərzində 3 dəfə qızıl medal qazanmış serb tennisçi Novak Cokovic olub. Keniyalı yüngül atlet Vivian Çeruyot ilin qadın idmançısı mükafatını alıb. 2011-ci ildə uğurlarını yenidən təkrarlamağa başlamış 42 yaşlı qolfçu Darren Klerk əzminə görə mükafatlandırılıb.
İlin ən yaxşı komandası kimi İspaniyanın “Barcelona” klubu mükafatlandırılıb.
Əlil idmançılar arasında protez ayaqları ilə məharətini ortaya qoymuş Güney Afrika Respublikasının idmançısı Oskar Pistorius fərqlənib.
