7 fevral 2012 18:23
La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Sevilla” futbol klubu yeni baş məşqçisinə qovuşub. Azerisport.az xəbər verir ki, 2011-2012-ci il mövsümü öncəsi komandanın sükanı arxasına keçmiş Marselino Qarsiya Toral son turlarda qeydə alınan uğursuz nəticələrlə əlaqədar ötən gün istefaya göndərilmişdi.
İspaniya çempionatındakı son 7 görüşdə “Sevilya” cəmi 2 xal toplayıb. 21 turdan sonra komanda 26 xalla 11-ci yeri tutur. Üstəlik, “Sevilla” Avropa Liqasının qrup mərhələsinə yüksələ bilməyib.
Artıq klubun yeni baş məşqçisi də müəyyənləşib. Belə ki, Toralın yerinə Xose Mişel Qonsales təyinat alıb. Onunla mövsümün sonunadək müqavilə bağlanılıb. Lakin klub Çempionlar Liqasına vəsiqə qazanacağı halda müqavilə avtomatik uzadılacaq.
Qeyd edək ki, Mişel Qonsalesin son iş yeri 2009 – 2011-ci illərdə çalışdığı “Getafe” olub. Madrid “Real”ının sabiq futbolçusu əvvəllər “kral klubu” ilə “Rayo Vallecano”nun əvəzedici heyətinə də başçılıq edib.
