7 fevral 2012 16:57
Sumqayıt Şəfada hazırlaşır (FOTOREPORTAJ)
Əlverişsiz hava şəraitinə baxmayaraq, “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası “Şəfa” stadionunda növbəti məşqini keçirib.
Xatırladaq ki, “Sumqayıt” FK fevralın 10-da Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.
