7 fevral 2012 15:54

Cüneyt Biçər: XL-da elə futbolçuya yer yoxdu

“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından, eləcə də yeni transferlərdən danışıb.
 
- Türkiyə toplanışınızı necə qiymətləndirirsiz?
- Hazırlığımız yüksək səviyyədə keçdi. Futbolçularımızın məşqlərdə, oyunlardakı çalışqanlığından razı qaldım. Komandada əla əhval-ruhiyyə hökm sürür. Təəssüf ki, son sınaq matçımızda Adrian Pit zədə aldı. Zamanla komandamız daha yaxşı oyun göstərəcək. Mənim futbol ideyam belədi ki, futbolçularımız çox hücum etməlidilər və rəqibi daim gərginlikdə saxlamalıdılar.
 
- Keçirdiyiniz yoxlama matçları barədə nə deyərdiniz?
- Son üç matç xoş təəssürat yaratdı. Türkmənistan yığmasına qarşı yaxşı oynadıq. “Wolfsburg”la da oyundan razı qaldım. Futbolçularımızı 70 faiz hazır sayıram. Bu, belə də olmalıdı. Altılıq oyunlarına kimi tam hazır olacağıq. Əsas odu ki, təsnifat mərhələsindəki qalan oyunlarımızı uğurla başa vuraq.
 
- “Xəzər Lənkəran”ın qapıçı transfer edəcəyi gözlənilsə də, bu, baş vermədi...
- Bizim digər klublarla müqayisədə bir üstünlüyümüz də odu ki, qapıda yerli futbolçu durur. Özü də Kamran Ağayev yığma komandanın da əsas qapıçısıdı. Əgər komandada belə səviyyəli qapıçı varsa, başqası nəyimizə lazımdı? Mən Kamranı ölkənin ən güclü qapıçılarından sayıram. O, bu mövsüm bizə uğurlu çıxış etməyə yardım göstərəcək. Amma heyətdə kimisə fərqləndirməyin əleyhinəyəm. Odu ki, uğur qazanmaq üçün bütün komandanın tam gücünü ortaya qoyması lazımdı.
 
- Türkmənistan yığmasının hücumçusu Elman Taqayevi bəyənmədiniz. Buna nə səbəb oldu?
- Lənkəranda olarkən o, çox yaxşı məşq edirdi. Buna görə futbolçunu toplanışa da dəvət etdim. Taqayev gəncdi və kifayət qədər perspektivli futbolçudu. Amma Türkiyə toplanışı zamanı Taqayev mənim ümidlərimi doğrultmadı. Bundan əlavə oyunların birində mən ona irad tutdum. Əvəzində türkmən oyunçu buna gözləmədiyim şəkildə reaksiya verdi. Mənim komandamda eləsinə yer yoxdu. Bütün futbolçular komandaya hörmət etməlidi. Onun nə hazırlığı, nə də özünü aparması xoşuma gəldi. Buna görə də imtina etdim.
 
- Əvəzedici heyətdən də bir neçə oyunçunu aparmışdınız. Onlardan kimləri qeyd edə bilərsiz?
- Bütün əvəzedicilər ikinci komandaya qayıtdılar. Mən onları ona görə dəvət etmişdim ki, əsas komandanın necə hazırlaşdığını görsünlər. İndi onlar daha yaxşı məşq etməlidilər ki, gələcəkdə əsas komandaya kömək edə bilsinlər. Aralarında perspektivli uşaqlar var. Gələcəkdə onlardan bəziləri əsas komandaya cəlb olunacaq.
 
- Artıq transfer çalışmalarınızı bitirmisiz?
- Biz xorvatiyalı yarımmüdafiəçi Roberto Alvizin komandamıza keçidi ilə bağlı razılığa gəlmişik. O, komandamızın orta xəttini gücləndirə bilər. Həmçinin yaxın günlərdə kosta rikalı hücumçu Rendal Breneslə müqavilə bağlayacağıq. O, bizim təklifimizi qəbul edib və müqavilə bağlamağa hazırlaşır. İki illik razılıq əldə olunub. Mümkündü ki, transfer pəncərəsi bağlanana kimi daha bir oyunçu alaq.
 
- “Xəzər Lənkəran”ın çempionluq şansları necədi?
- Klubumuz həmişə qarşısına yüksək hədəflər qoyub. Bizim qızıl medalları qazanmaq şansımız var. Hələ heç nə itirilməyib. Bunun üçün sadəcə öz futbolumuzu oynamaq lazımdı. Bu gün üçün hamı medallar haqda düşünür, bunun üçün çalışır. Rəqabət yüksəkdi. Ona görə də bir xal itkisi çox şeyi dəyişə bilər. Uğur qazanmaq istəyiriksə, komanda kimi bütövləşməliyik.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.