7 fevral 2012 14:54
İbrahimoviçin rəqibinə vurduğu sillənin cəzası bəlli oldu
İtaliya Futbol Federasiyası Zlatan İbrahihimoviçi cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb futbolçunun “Napoli” ilə oyunda rəqibini vurması olub.
Belə ki, İbrahimoviç A Seriyasının 22-ci turunda baş tutan “Milan” – “Napoli” matçının 64-cü dəqiqəsində mübahisə etdiyi Salvatore Aranikanı şillə ilə vurmuş və qırmızı vərəqə almışdı. İtaliya Futbol Federasiyasının İntizam Komitəsi buna görə isveçli futbolçunu 3 oyunluq cəzalandırıb.
İbrahimoviç cəza səbəbindən “Udinese”, “Cesena” və lider “Juventus”la oyunları buraxmalı olacaq. “Milan”ın cəza ilə bağlı Appelyasiya Komitəsinə müraciət edəcəyi deyilir.
