7 fevral 2012 14:15
Qarabağ da PFL-in qərarını gözləyir
“Qarabağ” Premyer Liqanın 19-cu turunun “Simurq”la oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma Quzanlıda keçirilməlidi.
Ağdam klubunun mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda sözügedən arenanın ot örtüyü yaxşı vəziyyətdədi. Lakin buna baxmayaraq, komanda hələ Quzanlıya yola düşməyə tələsmir. Digər klublar kimi, Ağdam təmsilçisi də Peşəkar Futbol Liqasının qərarını gözləyir. Çünki ola bilsin, 19-cu turun oyunları ölkə ərazisindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınsın.
