7 fevral 2012 00:54

Zeynal Məmmədov: Bakıdan tam yeni oyun görəcəksiz

“Bakı”nın baş meneceri Zeynal Məmmədov azerisport.az saytına müsahibəsində komandanın Türkiyə toplanışından, eləcə də qış transferlərindən danışıb, şanslarını dəyərləndirib.
 
- Türkiyə toplanışını necə qiymətləndirərdiz? Altı oyuna altı məğlubiyyət...
- Mətbuatda tez-tez yazırlar ki, “Bakı” çox uduzur. Mən də bununla razıyam. Amma unutmaq olmaz ki, bu, sadəcə təlim-məşq toplanışıdı, burda əsas məqsəd heyəti yoxlamaqdı. Biz bir neçə transfer gerçəkləşdirdik. Hansı ki, onların sözlərini deyəcəyinə inanırıq. Mənim fikrimcə, komandamız güclənib və fərqli oyun sərgiləməlidi. Heç kim uduzmaq istəmir. Özü də biz çox güclü komandalarla qarşılaşmışıq.
 
- “Bakı”nın daha bir problemi kimi az qol vurması göstərilir. Siz necə düşünürsüz?
- Unutmayın ki, komandanın əsas hücumçusu Uinston Parks İstanbulda bərpa prosesi keçirdi. Biz ona böyük ümidlər bəsləyirik. Həmçinin bəzi futbolçularımız da var ki, hələ ideal formadan çox uzaqdılar.
 
- “Bakı” artıq transfer çalışmalarını bitirib?
- 99 faiz hə. Biz Serxio Kontrerası heyətimizə qatdıq. Koke - əla futbolçudu, yaxşı göstəriciləri var. Onun gəlişi hücum xəttimizdə bir çox problemlərin həllinə yol aça bilər.
 
- Jaba niyə getdi?
- Bu futbolçunun oyunu son dövrlərdə alınmırdı. Getmək istədiyini bildirdi. Ona “Antalyaspor” göz qoymuşdu. Bu üzdən biz braziliyalı forvardın qarşısını kəsmək istəmədik. Fikrimcə, Jabanın Türkiyə karyerası daha uğurlu alınar.
 
- Fabio Luis Ramimlə probleminiz nə yerdə qalıb?
- O, mənimlə görüşdü və dedi ki, başqa klublardan təklif almayıb. Bu üzdən biz Ramimə azad agent statusu vermək qərarına gəldik. O, Braziliyaya qayıtdı. Biz də öz növbəmizdə futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür etdik, uğur arzuladıq.
 
- Deyilənə görə, Xalidu Sissoko da karyerasını başa vurmağa yaxındı...
- Bu, gələcəyin işidi. Sissoko mövsümün sonuna kimi “Bakı”da oynayacaq. Yayda biz onun məsələsinə yenidən baxacağıq. Əgər o, karyerasını başa vurmaq istəsə, biz Sissokoya klubda başqa iş təklif edə bilərik. Xalidu qapıçılarla işləyən məşqçi kimi çalışa bilər.
 
- Bütün bu transferlərdən sonra indi əminliklə demək olar ki, “Bakı” çempionatın ən güclü komandalarıyla mübarizəyə hazırdı?
- Çoxları hesab edir ki, əgər biz Hollandiya “AZ Alkmaar”ına uduzduqsa, futbol oynamağı bacarmırıq. Mən razıyam ki, təlim-məşq toplanışlarındakı bütün oyunlarımızda məğlub olaq, amma çempionatın sonunda birinci yeri tutaq.
 
- Əgər avrokubokara vəsiqə qazana bilməsəz, bunu uğursuzluq hesab edəcəksiz?
- Bizim başqa yolumuz yoxdu. Ötən mövsümü unutmalıyıq. İlk altılığa düşmək bizim üçün azdı. Medallar uğrunda mübarizə aparmalıyıq. Kuboku da unutmaq olmaz. Yeni transferlər bizə yardımçı olacaqlar. Siz fevralda “Bakı”dan tam yeni oyun görəcəksiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.