6 fevral 2012 11:56
Elçin Məmmədov Rubin – Olimpiakos oyununda
AFFA rəsmisi UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Moskva şəhərindəki “Lujniki” stadionunda keçiriləcək “Rubin” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) oyununa təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Elçin Məmmədov bu matç üçün Tədbirin Direktoru (UEFA Venue Director) kimi təyinat alıb. Qarşılaşma fevralın 14-də keçiriləcək.
