6 fevral 2012 11:47
Premyer Liqamızda daha bir gözlənilməz istefa
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası baş verib. Azerisport.az xəbər verir ki, “Rəvan” bu mövsümdə ikinci dəfə çalışdırıcısıyla yollarını ayırıb.
Klubun vitse-prezidenti Bəhruz Şirəlyev Vladislav Qədirovun istefaya göndərildiyini bildirib. Baş məşqçi vəzifəsi müvəqqəti olaraq Bəhmən Həsənova həvalə edilib. Klub rəsmisi yeni çalışdırıcı axtardıqlarını deyib. İstefanın səbəbləri isə məlum deyil.
Qeyd edək ki, bu, cari mövsümdə 8-ci istefadı. Bu mövsüm "Rəvan" Bəhmən Həsənovla, “Xəzər Lənkəran” Mirça Redniklə, "Qəbələ" Toni Adamsla, AZAL Elxan Abdullayevlə, “Turan” Əsgər Abdullayevlə, "Kəpəz" isə Mehman Allahverdiyev və Mirbağır İsayevlə yolları ayırıb.
