6 fevral 2012 18:43

Premyer Liqa: 19-cu tur rəqəmlərin gözü ilə

Bu həftə keçiriləcək 6 qarşılaşma ilə Azərbaycan Premyer Liqasında 2011/12-ci il mövsümündə fasiləyə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, ölkə çempionatının 19-cu turunda klublar 2012-ci ildə ilk rəsmi oyunlarını keçirəcəklər.
 
Peşəkar Futbol Liqasının rəsmi saytı bu turdan başlayaraq Premyer Liqa oyunlarında üz-üzə gələn komandaların çempionatlar tarixindəki qarşılaşmaları haqda məlumat təqdim edəcək.
 
Qeyd edək ki, rəqiblər arasındakı oyunların balansını təqdim edərkən komandaların əvvəlki adlar altında çıxış etdiyi dövrlər də nəzərə alınıb. Yəni, klublar varisi olduğu komandanın davamçısı kimi göstərilib.
 
19-cu tur
 
10 fevral (cümə)
 
AZAL (Bakı) –  “Sumqayıt” (Sumqayıt)
+0=0-1, top fərqi - 1:2
 
Sumqayıt təmsilçisi Unibank Premyer Liqasının debütantı olduğundan rəqiblər cari mövsümədək üz-üzə gəlməmişdi. Komandalar arasında baş tutan ilk və hələlik yeganə oyun isə ötən ilin sonlarında baş tutub. Sumqayıt təmsilçisi həmin qarşılaşmada qələbə qazanmağı bacarıb.
 
30.10.2011 Sumqayıt Şəhər - AZAL (Bakı)  2:1
 
“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
 +3=4-4, top fərqi - 8:12
 
Zaqatala təmsilçisi uzun müddət “Qarabağ” üçün ən çətin rəqiblərdən sayılıb. Bunun nəticəsi idi ki, Unibak Premyer Liqasının 2010/11-ci il mövsümünədək ağdamlılar bu rəqib üzərində qələbəyə həsrət idi. Lakin 8 oyunluq uğursuz seriyaya son qoyan “Qarabağ” artıq 792 gün - 3 qarşılaşmadır ki, rəqibinə xal vermir. Özü də son 2 qələbəni səfərdə əldə edən Qurban Qurbanovun yetirmələri bu 2 oyunda qapısından qol da buraxmayıb.
23.09.2006        Qarabağ (Ağdam) - Simurq (Zaqatala)           1:1
12.05.2007        Simurq (Zaqatala) - Qarabağ (Ağdam)           3:0
11.08.2007        Simurq (Zaqatala) - Qarabağ (Ağdam)           1:0
16.02.2008        Qarabağ (Ağdam) - Simurq (Zaqatala)           2:2
27.09.2008        Qarabağ (Ağdam) - Simurq (Zaqatala)           0:2
22.03.2009        Simurq (Zaqatala) - Qarabağ (Ağdam)           0:0
20.09.2009        Simurq (Zaqatala) - Qarabağ (Ağdam)           1:0
20.12.2009        Qarabağ (Ağdam) - Simurq (Zaqatala)           0:0
17.10.2010        Qarabağ (Ağdam) - Simurq (Zaqatala)           3:2
11.12.2010        Simurq (Zaqatala) - Qarabağ (Ağdam)           0:1
21.10.2011        Simurq (Zaqatala) - Qarabağ (Ağdam)           0:1
 
 
11 fevral (şənbə)
 
“Turan” (Tovuz) – “Xəzər Lənkəran” (Lənkəran)
+1=3-11, top fərqi 8:28
 
Ağır günlərini yaşayan “Turan” üçün “Xəzər Lənkəran” çətin rəqib sayılır. Komandalar baş tutan 15 oyunda lənkəranlıların 11 qələbə qazanması da bunu göstərir. “Turan” isə sonuncu dəfə bu rəqibdən 882 gün əvvəl xal alıb, sonrakı 4 oyunda isə məğlub olub.
07.08.2004        Turan (Tovuz) - Xəzər Ləkəran           1:1
06.04.2005        Xəzər Lənkəran - Turan (Tovuz)         1:0
11.12.2005        Turan (Tovuz) - Xəzər Lənkəran         1:0
14.05.2006        Xəzər Lənkəran - Turan (Tovuz)         1:0
23.09.2006        Xəzər Lənkəran - Turan (Tovuz)         0:0
12.05.2007        Turan (Tovuz) - Xəzər Lənkəran         2:3
16.09.2007        Xəzər Lənkəran - Turan (Tovuz)         2:0
27.04.2008        Turan (Tovuz) - Xəzər Lənkəran         0:4
13.09.2008        Xəzər Lənkəran - Turan (Tovuz)         5:0
21.02.2009        Turan (Tovuz) - Xəzər Lənkəran         0:1
12.09.2009        Xəzər Lənkəran - Turan (Tovuz)         1:1
13.12.2009        Turan (Tovuz) - Xəzər Lənkəran         1:2
23.10.2010        Xəzər Lənkəran - Turan (Tovuz)         2:0
04.12.2010        Turan (Tovuz) - Xəzər Lənkəran         1:2
20.08.2011        Xəzər Lənkəran - Turan (Tovuz)         3:1
 
 
“İnter” (Bakı) – “Rəvan” (Bakı)
 +1=0-0, top fərqi - 2:1
 
Bu komandalar arasında paytaxt derbisi indiyədək cəmi 1 dəfə baş tutub. Bu da cari mövsümə təsadüf edib ki, həmin qarşılaşmada “İnter” çətin qələbə qazanıb.
30.10.2011        Rəvan (Bakı) - İnter (Bakı)     1:2
 
 
“Kəpəz” (Gəncə) – “Qəbələ” (Qəbələ)
 +0=4-1, top fərqi 1:3
 
İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblər bütün oyunlarda heç-heçə ilə kifayətləndilər. Həm təsnifat, həm də final mərhələsində qarşılaşan tərəflər arasında balans cari mövsüm pozuldu. Artıq 2 oyundur “Kəpəz”dən qol buraxmayan “Qəbələ” şəxsi oyunlarda ilk qələbə qazanan komanda oldu.
31.10.2010        Gəncə - Qəbələ           0:0
27.02.2011        Qəbələ - Gəncə           0:0
02.04.2011        Qəbələ - Gəncə           1:1
12.05.2011        Gəncə - Qəbələ           0:0
16.10.2011     
  Qəbələ - Kəpəz (Gəncə)          2:0
 
 
“Bakı” (Bakı) – “Neftçi” (Bakı)
+7=7-21, top fərqi 26:52
 
Bu 2 komanda arasında paytaxt derbisi 3 hissədən ibarətdir: paytaxtın eyniadlı təmsilçisinin “Polis Akademiysı”nın bazasında yaradıldığı 1997-ci ilədək olan 2 matç, “Dinamo” dövrü və “Bakı” adı altındakı oyunlar. Ümumi balansda üstünlüyü aşkar olan “Neftçi” son illər də həmşəhərliləri ilə oyunlarda daha yaxşı nəticə qazanır. 427 gündən sonra “Neftçi”dən xal almağa və qol vurmağa çalışacaq “Bakı” 2011-ci ildəki hər 3 dueldə rəqibinə uduzub. 427 gün əvvəlki məğlubiyyət isə “Neftçi” üçün son 8 derbidə yeganədir.
04.12.1996        Neftçi (Bakı) - Polis Akademiyası (Bakı)       5:0
20.05.1997        Polis Akademiyası (Bakı) - Neftçi (Bakı)       1:2
27.09.1997        Neftçi (Bakı) - Dinamo (Bakı)            2:0
07.03.1998        Dinamo (Bakı) - Neftçi (Bakı)            1:1
29.08.1998        Dinamo (Bakı) - Neftçi (Bakı)            1:0
25.11.1998        Neftçi (Bakı) - Dinamo (Bakı)            1:0
28.04.1999        Neftçi (Bakı) - Dinamo (Bakı)            1:0
24.05.1999        Dinamo (Bakı) - Neftçi (Bakı)            1:3
12.03.2000        Dinamo (Bakı) - Neftçi (Bakı)            0:2
20.05.2000        Neftçi (Bakı) - Dinamo (Bakı)            1:0
11.11.2000        Neftçi (Bakı) - Dinamo-Bakılı            1:1
05.05.2001        Dinamo-Bakılı - Neftçi (Bakı)            0:2
03.11.2001        Dinamo-Bakılı - Neftçi (Bakı)            0:0
10.03.2002        Neftçi (Bakı) - Dinamo-Bakılı            6:0
30.07.2003        Dinamo (Bakı) - Neftçi (Bakı)            2:5
22.11.2003        Neftçi (Bakı) - Dinamo (Bakı)            1:0
15.09.2004        Bakı - Neftçi (Bakı)    2:0
13.02.2005        Neftçi (Bakı) – Bakı  0:0
03.12.2005        Bakı - Neftçi (Bakı)    2:2
07.05.2006        Neftçi (Bakı) – Bakı  0:1
10.11.2006        Bakı - Neftçi (Bakı)    0:1
08.05.2007        Neftçi (Bakı) – Bakı  1:0
20.10.2007        Bakı - Neftçi (Bakı)    5:1
30.03.2008        Neftçi (Bakı) – Bakı  3:2
16.08.2008        Neftçi (Bakı) – Bakı  0:1
21.02.2009        Bakı - Neftçi (Bakı)    2:0
24.10.2009        Bakı - Neftçi (Bakı)    0:2
09.02.2010        Neftçi (Bakı) – Bakı  1:1
21.03.2010        Neftçi (Bakı) – Bakı  1:0
23.04.2010        Bakı - Neftçi (Bakı)    1:1
31.10.2010        Bakı - Neftçi (Bakı)    0:2
11.12.2010        Neftçi (Bakı) – Bakı  0:2
13.03.2011        Bakı - Neftçi (Bakı)    0:1
23.04.2011        Neftçi (Bakı) – Bakı  2:0
23.09.2011        Neftçi (Bakı) – Bakı  1:0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.