6 fevral 2012 16:49
Xəzər Lənkəranda yeni hücumçu (FOTO)
“Xəzər Lənkəran” heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi artıq kosta rikalı hücumçu Rendall Brenesin keçidini demək olar, həll edib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü bu futbolçu karyerasına “Cartagines” klubunda başlayıb. O, burda 2003-2005 mövsümündə 30 oyuna 21 qol vurub. 2005-2008-ci illər aralığında “Bodo/Glimt”də çıxış edən Brenes burda 54 oyuna 16 dəfə fərqlənib. 2008-ci ildə forvard “Kongsvinger”ə icarəyə verilib. Hansı ki, burda da 14 oyunda 7 dəfə qola sevinib. 2009-cu ildə “Kongsvinger” onu tam transfer etdikdən sonra Rendal bu komandanın daha 29 oyununda meydana çıxıb və bu dəfə də 7 dəfə rəqib qapılarına yol tapıb. 2010-cu ildə “Cartagines”ə qayıdan Brenes həmin dövrdən bəri çıxdığı 44 oyunda 22 qol vurub.
Brenes 2005-ci ildən çağırıldığı Kosta Rika yığmasında 16 oyun keçirib və 5 qol vurub. Uinston Parksın həmyerlisinin cənublularla 2 illik müqavilə imzalaması gözlənilir.
