6 fevral 2012 16:00
Premyer Liqamızın oyunları təxirə salına bilər
Azərbaycanın futbol üzrə milli çempionatının oyunları təxirə salına bilər. Azerisport.az xəbər verir ki, şaxtalı, qarlı və güclü küləkli hava şəraiti müşahidə olunarsa, həftəsonu Premyer Liqanın 19-cu turunun oyunları təxirə salınacaq və başqa vaxta keçiriləcək.
Qeyd edək ki, Premyer Liqanın 2012-ci il üçün ilk turunun oyunları fevralın 10-11-də baş tutmalıdı. 19-cu tur çərçivəsində fevralın 10-da AZAL (Bakı) - "Sumqayıt" (Sumqayıt), "Qarabağ" (Ağdam) - "Simurq" (Zaqatala), fevralın 11-də isə "Turan" (Tovuz) - "Xəzər Lənkəran" (Lənkəran), "İnter" (Bakı) - "Rəvan" (Bakı), "Kəpəz" (Gəncə) - "Qəbələ" (Qəbələ), "Bakı" (Bakı) - "Neftçi" (Bakı) oyunları keçirilməlidi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, fevralın 7-si axşamdan Bakı ərazisində hava şəraiti yenidən kəskin soyuqlaşacaq və çovğun olacaq.
