6 fevral 2012 14:32
Jaba: Bakıya uğurlar arzulayıram
“Bakı”nın sabiq hücumçusu Jaba Türkiyənin “Antalyaspor” klubuna keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində braziliyalı forvard bunları dilə gətirib:
“Fikrimcə, Türkiyə karyeram daha uğurlu alınacaq. “Bakı”ya uğurlar arzulayıram. İstərdim ki, keçmiş komandam mövsümü uğurla başa vursun. Mən artıq “Antalyaspor”da ilk matçıma da çıxmışam. Çox çətin oyun alındı. Meydana əsas heyətdə çıxmışdım. Superliqaya da elə bunun üçün qayıtmışam. Burda məni hər şey qane edir. Əlimdən gələni edirəm ki, ümidləri doğruldum”.