6 fevral 2012 14:12
Fatih Kavlak: Tək hədəfimiz 3 xal qazanmaqdı
"Qəbələ" doğma məkanda "Kəpəz" matçı hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Fatih Kavlak “Qəbələ”dəki son durum və Antalya toplanışının yekunları barədə açıqlamalasında ilin ilk rəsmi matçında hədəfin yalnız 3 xal olduğunu bildirib:
“Toplanışımız çox yararlı keçdi. İstədiklərimizi ala bildik. Fiziki və taktiki planda komandanı istədiyimiz həddə çatdırdıq. Yeni transferlər də heyətə tam uyğunlaşdılar. Antalyada keçirdiyimiz son oyunlarda “Qəbələ”nin start 11-liyini demək olar ki, müəyyənləşdirdik. Qarşıdakı günlərdə futbolçuların durumuna görə start heyəti dəqiqləşdirəcəyik. Bizi qarşıda çətin oyunlar gözləyir. Hazırda isə fikrimizi “Kəpəz” matçına yönəltmişik. Tək hədəfimiz 3 xal qazanmaqdı”. (klub saytı)
