6 fevral 2012 02:04
Yığmamızın qənimləri rəqiblərini tanıdı
Xorvatiyada keçirilən futzal üzrə növbəti Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün qitə birinciliyinin qrup mərhələsinin oyunlarına yekun vurulub.
Son gündə Azərbaycan yığmasıyla eyni qrupda yer alan komandalar üz-üzə gəliblər. Belə ki, ilk oyununda millimizi 4:1 məğlub etmiş Portuqaliya Serbiya ilə qarşılaşıb. Yığmamızı 9:8 hesabıyla məğlub edərək, pley-offa vəsiqə qazanan serblər portəgizlərə də layiqli müqavimət göstəriblər. Lakin Portuqaliya 2:1 hesabıyla qələbə qazanaraq, pley-offa qrup lideri kimi yüksəlib.
Günün digər oyununda isə C qrupu çərçivəsində İtaliya yığması Rusiya ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə bitib və ruslar növbəti mərhələyə qrup lideri kimi, italyanlar isə ikinci yerlə yüksəliblər.
Beləcə, AÇ-2012-nin 1/4 final mərhələsinə A qrupundan Xorvatiya və Rumıniya, B qrupundan İspaniya və Ukrayna, C qrupundan Rusiya və İtaliya, D qrupundan isə Portuqaliya ilə Serbiya vəsiqə qazanıb.
Yarımfinal uğrunda aşağıdakı cütlüklər mübarizə aparacaqlar:
6 fevral
Rumıniya – İspaniya
Xorvatiya – Ukrayna
7 fevral
Rusiya – Serbiya
İtaliya - Portuqaliya
