6 fevral 2012 13:29
Qarabağ Simurqla matçın hazırlıqlarına başladı
Fevralın 4-də Antalyada baş tutan 3 həftəlik təlim-məşq toplanışını başa vuraraq Bakıya dönən Ağdamın "Qarabağ" klubu yenidən məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, komandaya dünən istirahət verilmişdi.
Bu gündən isə "Qarabağ" Premyer Liqanın 19-cu turunda qarşılaşacağı "Simurq"la oyununun hazırlıqlarına start verib. Komanda günü tək məşqlə keçirib. Bakıda davam edən qeyri-sabit hava şəraiti səbəbindən "Qarabağ" məşqi "Şəfa" stadionunda keçməli olub. Saat 12:00-da start götürən çalışmada bütün futbolçular iştirak etsə də, İstanbulda müalicə olunan Qara Qarayev hələ düşərgəyə dönməyib.
