5 fevral 2012 00:35
Bakının ispaniyalı supertransferi danışdı
“İlk növbədə Azərbaycana gəldiyimə görə “Bakı” klubunun rəhbərliyinə təşəkkür edirəm”. Azerisport.az xəbər verir ki, bu sözləri “Bakı”nın yeni transferi Serxio Kontreras deyib.
Koke ləqəbli futbolçu Azərbaycan futbolundan xəbərsiz olduğunu etiraf edib: “Düzünü desəm, Azərbaycan çempionatı haqqında çoxlu məlumatım olmayıb. Amma öz təcrübəmə əsasən deyə bilərəm ki, çempionluq üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
İspaniyanın “Malaga” və “Rayo Vallecano”, Fransanın “Olympique” (Marsel), Portuqaliyanın “Sporting”, Yunanıstanın “Aris” klublarında top qovmuş 28 yaşlı forvard uyğunlaşma ilə bağlı probleminin olmayacağını bildirib: “Bildiyiniz kimi, mən çox güclü çempionatlarda oynamışam. Dünənki uşaq deyiləm. Uyğunlaşma baxımından mənə çətin olmayacaq. 4-5 dildə danışıram. Ümid edirəm ki, oyunçularla bir-birimizi yaxşı başa düşəcəyik”.
