4 fevral 2012 14:52
Radomir Todorov Xəzər Lənkərana qayıtdı
“Xəzər Lənkəran”ın heyətində 2007-2010-cu illərdə çıxış etmiş bolqar futbolçu Radomir Todorov yenidən bu komandanın sıralarına qayıdıb. Azerisport.az xəbər verir ki, cənub klubunun tarixində ən çox oyun keçirmiş legioner olan sol cinah müdafiəçisinin keçidi barədə bir müddət gedən danışıqlardan sonra razılıq əldə edilib.
Qeyd edək ki, 31 yaşlı Todorov “Xəzər Lənkəran” formasında 125 oyunda meydana çıxıb və 1 qol vurub. Lənkərandan ayrı olduğu bir il müddətində futbolçu paytaxtın “Bakı” və ölkəsinin “ Spartak Varna” klublarında çıxış edib.
