3 fevral 2012 18:55

Qarabağ Gürcüstan klubuna qalib gəldi (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin bu dəfəki rəqibi Gürcüstan klubu olub.
 
Baş məşqçi Qurban Qurbanov yetirmələrini “VİT Georgia” klubu ilə oyunda sınayıb. Qarşılaşmaya daha yaxşı start verən komandamız 7 dəqiqəyə vurduğu 3 qol sayəsində qələbə qazanıb.
 
Qeyd edək ki, “VİT-Georgia” 1997-ci ildə yaradılıb. Zurab Beridzenin başçılıq etdiyi komanda 2 dəfə Gürcüstan çempionu olub, 1 dəfə ölkə kubokunu, 1 dəfə də Super Kuboku qazanıb.
 
“Qarabağ” bundan öncə Antalyada “Taraz”a (Qazaxıatan) 0:1, “Rid”ə (Avstriya) 1:3, “Obolon”a (Ukrayna) 0:3 hesabı ilə uduzub, “Vaslui” ilə (Rumıniya) isə 1:1-lik heç-heçəyə razılaşıb və “Petrolul”a (Rumıniya) 2:0 hesabı ilə qalib gəlib.
 
Yoxlama oyunu
3 fevral
 
Qarabağ - VİT Georgia - 3:1 (3:1)
Qollar: V.Cavadov, 18 (1:0) G.Adamiya, 22-pen (2:0), R.Əliyev, 25 (3:0)
 
"Qarabağ"ın start heyəti: Boyan Pavloviç, Maksim Medvedev, Admir Teli, Rəşad Sadıqov, Ansi Aqolli, Namiq Yusifov, Rəşad Sadiqov, Georgi Adamiya, Əfran İsmayılov, Vaqif Cavadov, Rauf Əliyev.
 
Oyun başladı
3. İlk dəqiqələrdə komandamız topa nəzarəti əlində saxlayır
4. İlk real qol epizodunu "Qarabağ" yaratdı. Əfranın yandan yerlə ötürməsini Rauf qapının üstündən vurdu
6. Adamiyanın ara ötürməsinə Rauf çata bilmir
9. Adamiyaya qarşı kobud oyun. Vagifin zərbəsi qapıdan aralı keçir
10. Daha bir qol imkanı - Ansinin ötürməsini Əfran qapıya göndərsə də, son anda müdafiəçi topu qapı xəttindən çıxarır
15. Rəşad – Adamiya paslaşması sonuncunun zərbəsi ilə tamamlansa da, qapıçı yerindədi
16. Çimakidzenin zərbəsini qapıçı dəf edir
18. Ağdamlılar Vaqifin sayəsində hesabı açırlar - 1:0
Əfranın ötürməsini Vagif dəqiq zərbə ilə tamamlayır
21. Əfranın ötürməsindən sonra Raufa qarşı kobud oyun və penalti
22. Komandamız gürcüləri ikinci dəfə məyus edir. Adamiya həmyerlilərini cəzalandırır - 2:0
25. "Qarabağ" 7 dəqiqəyə üçüncü qolu vurur - 3:0
Əfranın ötürməsini Rauf qapıdan keçirir
30. Üstünlük yenə komandamızın tərəfindədi
30. Rauf 4-cü dəfə fərqlənsə də, hakim oyundan kənar vəziyyət qeydə alır
32. Adamiya–Əfran–Vaqif paslaşması sonuncunun qeyri-dəqiq zərbəsi ilə yekunlaşır
35. Rəqib komandamızın hücumlarına heç nə ilə cavab verə bilmir
36. "Vit Georgia" qollardan birinin əvəzini çıxsa da, top oyundan kənar vəziyyətdən vurulduğuna görə hesaba alınmır
38. Gürcülər buraxılan qollardan birinin əvəzini çıxırlar - 3:1
Cimakidze hesab arasındakı fərqi azaldır
42. Rəqib hissənin sonlarına doğru fəallaşır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Ansinin asması Raufa çatmır
53. Maksimin reydi nəticəsiz qalır
55. Komandamız topa nəzarət edir
56. Adamiya ofsayda düşür
59. Vüqarın qapı önünə ötürməsini Rauf tamamlaya bilmir
60. Rauf daha bir epizodla yadda qalır
62. Çimakadze qola yaxın olsa da, çərçivəyə düşə bilmir
64. Vüqar qapıçıyla üzbəüz qalsa da, zərbəsini qolkiper dəf edir
69. Sadiqovla Adamiyanın yerini Zaur və Bəxtiyar tutur
71. Raufun növbəti driblinqinin qarşısını kəsirlər
75. Namiqin yerinə Toğrul meydana daxil olur
78.  Bəxtiyar Raufun ötürməsiylə bir müdafiəçini keçərək qapıçıyla üzbəüz qalsa da, qolkiper son anda dəqiq oynayır
80. Raufun yerinə Tural meydana daxil olur
84. Vüqarın sağ cinahdan asmasına çatan olmur
88. Bəxtiyar qapını yoxlayır
89. Rəşad Sadıqov əks-hücumda irəli çıxan qapıçını keçərək Ansini "görsə" də, Aqolli boş qapıya düşə bilmir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.