2 fevral 2012 01:33
Azərbaycan AÇ-yə darmadağınla start verdi (YENİLƏNİB)
Bu gün futzal üzrə Azərbaycan yığması Xorvatiyanın Zaqreb şəhərində təşkil olunan Avropa çempionatında ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, D qrupunda qərarlaşan millimiz Portuqaliya ilə üz-üzə gəlibk.
Qeyd edək ki, Portuqaliya qitə birinciliyinin əsas favoritlərindən hesab olunur. Lakin millimiz qrup birincisi olmaq üçün bu rəqibiylə dueldə uğur qazanmağa borcluydu. Təəssüf ki, güclü rəqiblə dueldə millimiz istəyinə çata bilməyib. Əksinə portəgizlər Azərbaycan millisiylə dueldən darmadağınla ayrılıblar.
Qrupumuzdakı digər rəqib isə Serbiyadı ki, Joze Alesio da Silvanın yetirmələri bu komandayla da fevralın 3-də qarşılaşacaq.
Futzal
Avropa çempionatı
D qrupu
1 fevral
Portuqaliya – Azərbaycan - 4:1 (2:1)
Hakimlər: İvan Şabanov (Rusiya), Sebastyan Staviçki (Polşa).
Zaqreb. “Zaqreb Arena”.
PORTUQALİYA: 1. Joao Beneditu, 4. Pedro Kari, 7. Kardinal, 11. Joao Matuş, 10. Rikardinyo, 14. Andre Souza, 2. Paulinyo, 9. Qonsalo, 5. Joel Keyruş, 6. Arnaldo Pereyra, 12. Rikardo, 13. Marinyo,
Baş məşqçi: Jorje Braş.
AZƏRBAYCAN: 1. Andrey Tveryankin, 12. Marat Salyanski, 4. Serjao, 5. Felipe, 7. Rəcəb Fərəczadə, 8. Rizvan Fərzəliyev, 11. Namiq Məmmədkərimov, 14. Vitali Borisov, 3. İlkin Hacıyev, 6. Alves, 9. Tyaqo, 18. Jadder Dantas.
Baş məşqçi: Joze Alesio.
Oyun başladı
2. Kardinal hesabı açır - 1:0
4. Felipe avtoqola imza atır - 2:0
6. Fərəczadə hesab arasındakı fərqi azaldır - 2:1
17. Alves qayda pozuntusuna görə sarı vərəqə alır
18. Fərəczadə də sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
25. Marinyo komandamızın qapısına daha bir qol vurur - 3:1
33. Serjao da xəbərdarlıq alan futbolçularımızın sırasına qoşulur
37. Rikardinyo da yığmamızı cəzalandırır - 4:1
