Fotoreportaj|Video|На русском

Futbol

Berti Foqtsun tərcüməçisi baş məşqçinin sirrlərini açıqladı

12 yanvar 2011 01:26
Bu günkü qonağımız azərbaycanlı idman jurnalistləri üçün çox vacib bir insandı. Onsuz yığma komandamızın baş məşqçisi Berti Foqtsla danışmaq mümkün deyil. O, həmişə almaniyalı mütəxəssisin yanında olur – oyun vaxtı da, məşq vaxtı da. Ola bilər ki, məhz buna görə, gələcəkdə məşqçi olmaq barədə düşünür. azerisport.az və “Zerkalo”ya müsahibə verən Aydın Rüstəmov tərcüməçisi olduğu Berti Foqtsun iş sistemindən və özünün məşqçilik planlarından danışdı.
 
- Tezliklə, yığma komandamız Dubaya yollanacaq. Almaniyalı çalışdırıcıs yığma oyunçularının hazırkı durumundan nə dərəcədə xəbərdardı?
- Onun köməkçiləri mənə bu haqda lazımı informasiyalı deyirlər, mən də öz növbəmdə ona ötürürəm. O, bütün baş verənləri izləyir. Yığmaya gəlincə, hansısa ciddi dəyişiklik yoxdu. Bizi Macarıstan yığmasıyla və Xarkov `Metallist`i ilə sınaq matçları gözləyir.
 
- Siz özünüz futbol adamı idiniz, Berti Foqtsun tərcüməçisi vəzifəsinə gətirildiniz?
- Özüm oynamışam. Əlbəttə, heç də peşəkar səviyyədə yox, amma oynamışam. Uşaqlıqda bu, mənim üçün bir nömrəli idman növü idi. Arzulayırdım ki, peşəkar futbolçu olum, amma göründüyü kimi, ola bilmədim.
 
- Əgər sirr deyilsə, necə oldu ki, siz ölkənin bir nömrəli komandasının baş məşqçisinin tərcüməçisi vəzifəsinə gətirildiniz?
- Mən Almaniyada yaşayırdım. Onda AFFA-nın baş katibi Elxan Məmmədov mənimlə əlaqə yaratdı, hansı ki, öncədən də tanışlığımız var idi. Təklif etdi ki, Berti Foqtsa baş çəkim. Alman dilini bilməyimdən razı qaldı. Futbol biliyimə gəlincə, artıq 3 ildi onunla bir yerdə çalışmağa davam edirəmsə, onda özünüz nəticə çıxarın.
 
- Sizdən ilk növbədə nə tələb edirdi?
- Futbol terminlərini öyrənməyimi. Meydanda olan zaman fikirləşmək üçün vaxt olmur. Hətta məşqlər zamanı da ani tərcümə etmək tələb olunur.
 
- Ümumiyyətlə, Foqtsla necə işləyirsiniz?
- Böyük məmnuniyyətlə. Mən çoxlarına belə maraqlı iş arzulayıram.
 
- O, həqiqətən də göründüyü qədər ciddidi?
- O, peşəkardı, hansı ki, 24 saatın hamısını işləyə bilər. Dəqiqliyi və düzgünlüyü sevir. Ondan nə tələb olunduğunu bilir. Onu zabitəli hesab etməzdim, sadəcə çox tələbkardı. Həyatda çox mülayim və maraqlı insandı.

- Siz belə bir açıqlama vermişdiniz ki, mən də məşqçi işləməyə hazırlaşıram...
- Bu, mənim gələcək planlarımdandı. Yaxınlarda C kateqoriyalı məşqçi lisenziyası almışam. Öyrənməyə davam etmək istəyirəm. Ancaq dərslərə heç cür vaxt tapa bilmirəm.
 
- Sizin bu arzunuzu Berti Foqts necə qəbul etdi?
- Çox normal. Onun hətta xoşuna gəldi. Hətta ilk günlərimdə mənə dəstək də oldu. Digər tərəfdən mənim üçün belə bir insandan nələrisə öyrənməyim də çox vacibdi.

- Təsadüfən yığmanın sükanı arxasına keçməyə hazırlaşmırsız?
- Bu haqda danışmaq hələ tezdi. Ümid edirəm ki, yaxşı tələbə olacağam və belə bir etimadı qazana biləcəyəm. Ümidvaram ki, məndə belə bir talant olacaq ki, yığmanın baş məşqçisi təyin olunum.
 
- Yeri gəlmişkən, onun son dövrlər mətbuatla münasibətləri yaxşılaşıb. Bu, nə ilə bağlıdı?
- O, dəqiqliyi və intizamı sevir. Hərdən aqressiv görünə bilər, amma bu, belə deyil. Sadəcə emosional insandı və nəzakətsiz suallar onu tez özündən çıxarır.

- O, ağır məğlubiyyətlərdən sonra futbolçuları bərk danlayır?
- Əgər kimsə çox kobud səhvlərə yol veribsə, səsini qaldıra bilər. O, məğlubiyyətlərdən sonra çox həyəcanlanır, amma bunu tragediyaya çevirmir. Dərhal səhvləri analiz etməyə başlayır və komandanı növbəti oyunlara kökləməyə çalışır. Məğlubiyyətdən sonra əlini işdən çəkmir.
 
- Yeri gəlmişkən, bir dəfə oyunçulardan biri söyləmişdi ki, kimsə çox pis çıxış edirsə, ona münasibəti kəskin dəyişir.
- Deməzdim ki, çox pis qarşılayır. O, hər kəsə şans verir ki, oyunçu özünü göstərə bilsin. Lakin kimsə, onun verdiyi tapşırıqları yerinə yetirməyəndə, növbəti toplanışa çağırmır ki, bu barədə daha yaxşı düşünməyə vaxtı olsun.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah