Dmitri Nazarovun klubu yenə qələbəyə həsrət qaldı
10 dekabr 2016 19:30
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Nazarov görüşün 78-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Ersgebirge" 16 turdan sonra 12 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.