Ruslan Qurbanov: Qəbələ rəqiblərindən zəif idi
10 dekabr 2016 17:00
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qrup mərhələsində xal toplaya bilməməyimiz bizim üçün xoş olmadı. Halbuki, "Sent-Etyen" üzərində Bakıdakı oyunda qələbə qazana bilərdik. Eyni zamanda "Maynts" və "Anderlext"lə ev oyunlarında da uğur qazanmağımız mümkün idi. Bir qədər bəxtimiz gətirmədi, bir qədər təcrübə çatmadı. Ustalıq baxımından da çatdırmadıq. Təbii ki, qrup sonuncusu olmağımız pis oldu. Amma futbol belədir. Nə qədər çalışsaq da, gücümüz bundan artığına çatmadı. Rəqiblərimizdən zəif idik. Buna görə də alınmad. Amma mənə elə gəlir ki, 9 xal toplaya bilərdik".