Şeydayev Super Liqada debüt etdi
5 dekabr 2016 23:20
Futbol üzrə Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi səfərdə millimizin digər üzvü Ufuk Budağın çıxış etdiyi "Kayserispor" ilə qarşılaşıb. Ramilin komandası bu oyundan qələbə ilə ayrılıb - 0:0.
Ufuk bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Ramil isə bu görüşdə Super Liqada debüt etmək şansı qazanıb. Baş məşqçi 80-ci dəqiqədə onu meydana buraxıb. Şeydayev debüt matçında sarı vərəqə də alıb (90-cı dəqiqə).
Qeyd edək ki, "Trabzonspor" 13 turdan sonra 15 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.