Dəniz Yılmaz dubla imza atdı, komandası qalib gəldi
5 dekabr 2016 23:00
Futbol üzrə Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu doğma meydanda "Rizəspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Xeyli müddətdir qol vura bilmədiyi üçün tənqid olunan millimizin forvardı 63 və 68-ci dəqiqələrdə vurduğu qollarla dublunu rəsmiləşdirib və komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, "Bursaspor" hazırda 24 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.