Ruslan Qurbanov: Neftçi üçün Katalin Tiranı qovmaq çətin olacaq
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən oyundan sonra bunları söyləyib:
"Qələbə qazanmaq istəyirdik. Hesabda geri olarkən bərabərlik qolunu da vura bildik, önə də keçdik. Amma təəssüf ki, matçın sonunda hakim qapımıza penalti təyin etdi. Nəticədə iki xal itirdik".
Qurbanov "Neftçi" - "Qarabağ" oyununda baş verən qalmaqalla da bağlı fikirlərini bölüşüb: "İlk növbədə Katalin Tiranın bütün azarkeşlərdən üzr istəməsi lazımdır. Unutmaq lazım deyil ki, soyuq havaya baxmayaraq, onlar komandanı dəstəkləməyə gəlmişdilər. Tiranın "Neftçi" ilə müqaviləsi var. Buna görə yəqin ki, onu komandadan qovmaq çətin olacaq. Ola bilsin ki, klub bunu etsə, böyü məbləğdə cərimə ödəməli olacaq".