Çexiyanın Azərbaycanla oyun üçün heyəti
27 sentyabr 2016 14:20
Çexiya yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya (8 oktyabr) və Azərbaycanla (11 oktyabr) oyunlar üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Karel Yarolim bu oyunlar üçün 19 futbolçuya dəvət göndərib:
Qapıçılar: Yaroslav Drobnı, Tomaş Kubek, Tomaş Vaçlik;
Müdafiəçilər: Teodor Gebre Selassi, Pavel Kaderabek, Filip Novak, Tomaş Sivok, Marek Suçi, Yan Sikora;
Yarımmüdafiəçilər: Borek Doçkal, Martin Fridek, Tomaş Hovara, Ladislav Kreyçi, David Pavelka, Milan Petrjela, İrji Skalak;
Hücumçular: Vaçlav Kadleç, Patrik Şik, Matey Vıdra.