Fiorentina Qarabağa qarşı əsas heyətlə oynamayacaq
İtaliya mətbuatı Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Fiorentina" - "Qarabağ" matçında komandaların start heyətləri ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, italiyalı həmkarlarımız Florensiya təmsilçisinin baş məşqçisi Paulo Souzanın Ağdam klubuna qarşı əsas heyətə şans verməcəyini iddia edir.
Onların fikrincə, baş məşqçi bu oyunda 3-4-2-1 sxemindən yararlanacaq. İlk dəqiqələrdən bu oyunçular meydana çıxacaq: Çiprian Tataruşanu – Nenad Tomoviç, Sebastyan de Mayo, Qonsalo Rodriqes – Kristian Telyo, Karlos Sançes, Matias Vesino, Maksimilano Oliveyra – Borxa Valero, Yosip İliçiç – Xuma Babakar.
Göründüyü kimi, Souza heç də əsas heyətdən yararlanmayacaq. Belə ki, o, aparıcı futbolçulardan Nikola Kaliniç, Milan Badel, Federiko Bernardeski, eləcə də zədəli Davide Astoriyə istirahət verəcək.
İtalyanlar "Qarabağ"ın da hansı heyətlə oynayacağını proqnozlaşdırmağa çalışıblar. Onlar komandamızın meydana 4-3-3 taktiki sxemiylə çıxacağını vurğulayıblar: İbrahim Şehiç – Maksim Medvedev, Elvin Yunuszadə, Rəşad Sadıqov, Ansi Aqolli – Migel Madera, Qara Qarayev, Riçard Almeyda – Dani Kintana, Reynaldo, Dino Ndlovu.
Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" matçı sentyabrın 29-da Florensiyadakı "Artemio Franki" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.