Balayev özünə klub tapa bilmir
27 sentyabr 2016 14:00
Azərbaycanlı qapıçı Emil Balayevin Almaniyanın "Ayntraxt" (Braunşveyq) klubuna baxışa yollandığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, təxminən bir həftə baxışda olan futbolçumuz artıq vətənə qayıdıb.
Amma o, ikinci Bundesliqa klubu ilə danışıqların nə yerdə qaldığını şərh etmək istəmir. Bu isə onu deməyə əsas verir ki, Balayev "Ayntraxt" məşqçilərinə özünü bəyəndirə bilməyib.
Bu gedişlə Balayev ən azı qışa kimi klubsuz qalmalı olacaq.