Dadaşovun qolu komandasını məğlubiyyətdən xilas etmədi
27 avqust 2016 13:00
Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Herta Berlin II" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Start heyətdə meydana çıxan Dadaşov yenə 90 dəqiqə oynayıb. Komandasının yeganə qolunu da 47-ci dəqiqədə Rüfət vurub.
Qeyd edək ki, 5 turdan sonra "Moyzelvits" 2 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.