Ziya Əzizov Hollandiyada növbəti matçını keçirdi
27 avqust 2016 12:00
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "NAC Breda" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Ziya bu görüşün 32-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Den Boş" 5 turdan sonra 4 xalla 20 komanda arasında 17-cidir.