Millimizin rəqibləri 3 qolla uduzdu
30 may 2016 01:40
Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandalar arasında bir neçə yoxlama oyunu keçirilib. Azerisport.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan komandalardan da gücünü sınaq matçında yoxlayanlar olub.
Almaniya millisi Slovakiya ilə qarşılaşıb. Nə qədər gözlənilməz olsa da, bundestim bu görüşdə rəqibinə 1:3 hesabıyla məğlub olub.
Norveç yığması isə Portuqaliya ilə qarşılaşıb. Skandinaviyalılar da almanlar kimi, 3 qola üzülüblər.
Yoxlama oyunları
29 may
Almaniya - Slovakiya - 1:3
Qollar: M.Qomes, 12-pen. (1:0). M.Hamşik, 41 (1:1). M.Duriş, 44 (1:2). Y.Kuçka, 52 (1:3).
Portuqaliya - Norveç - 3:0
Qollar: R.Kuaresma, 13 (1:0). R.Qerreyro, 65 (2:0). Eder, 70 (3:0).