Təmsilçimiz sabah Türkiyə və İngiltərə ilə qarşılaşacaq
29 may 2016 21:20
Xəbər verdiyimiz kimi, 29 may – 5 iyun tarixlərində Fransanın Lans və Lill şəhərlərində Avropa məktəbli turniri təşkil olunacaq. Azerisport.az xəbər verir ki, 22 ölkənin komandasının çıxış edəcəyi turnirdə Azərbaycanı “Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası təmsil edəcək.
Təmsilçimiz ilk oyununu mayın 30-da saat 11:00-da Türkiyə, həmin gün saat 16:00-da isə İngiltərə komandasına qarşı keçirəcək.
Xatırladaq ki, A qrupunda mübarizə aparacaq təmsilçimizin digər rəqibləri Bolqarıstan, Fransa və Hollandiyadan olan məktəblilərdir.