İtaliya və İspaniya qələbə, İngiltərə məğlubiyyt, Fransa xal itkisi ilə başladı
Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qrup mərhələsinin 1-ci turu çərçivəsində C və D qrupunun qarşılaşmaları keçirilib.
Öncə meydana D qrupunda mübarizə aparan kollektivlər çıxıblar. İtaliya Serbiyanı, Hollandiya isə İspaniyanı sınağa çəkib. İtaliya və İspaniya yığmaları 3 xalı 2 qolla qazanıblar.
Axşam saatlarında isə C qrupunda Fransa Danimarkayla, İngiltərə İsveçlə qarşılaşıb. Son çempion fransızlar bu AÇ-nin açılış matçında qolsuz heç-heçəyə razılaşıblar. İngiltərə isə İsveçə məğlub olub.
17 yaşlıların Avropa çempionatı
1-ci tur
6 may
D qrupu
İtaliya - Serbiya - 2:1 (2:0)
Qollar: Skamaçça, 9 (1:0). Kin, 32 (2:0). Maksimoviç, 77 (2:1).
Baş hakim: Mitya Zqaneç (Sloveniya).
Bakı. "Azərsun Arena".
Hollandiya - İspaniya - 0:2 (0:1)
Qollar: Mbula, 16 (0:1). Ruis, 52 (0:2).
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Bakı. "Dalğa Arena".
C qrupu
Fransa - Danimarka - 0:0 (0:0)
Baş hakim: Ville Nevalaynen (Finlandiya).
Bakı. "Dalğa Arena".
İngiltərə - İsveç - 1:2 (0:1)
Qollar: Asoro, 4 (0:1). Asoro, 59 (0:2). Nelson, 62 (1:2).
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç).
Bakı. "Azərsun Arena".