Fəhmin Muradbəyli: Bizim əziyyətimiz hədər getmədi
6 may 2016 00:45
"Neftçi"nin hücumçusu Fəhmin Muradbəyli Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"ni mübarizədən kənarlaşdırmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox gərgin oyun oldu. Amma biz bunu gözləyirdik. Əlbəttə, bir qədər yorğunluq var idi. Çünki "Qəbələ"yə qarşı üç gün öncə çempionat oyunu keçirmişdik. Həmin oyun da ağır keçmişdi. Xoşbəxtlikdən hər şey bizim üçün yaxşı başa çatdı. Zəhmətimiz hədər getmədi. Bütün komanda yoldaşlarımı, bizi dəstəkləyənləri təbrik edirəm. Allah eləsin ki, finalda da uğurlu çıxış edək".