Elbrus Məmmədov: Premyer Liqada qalmaq üçün mübarizə aparırıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İmkan daxilində əlimizdən gələni etdi. Əlbəttə, rəqib bizdən çox güclü idi. Bizim isə hələ görüləsi çox işimiz var. Heyətdəki uşaqların əksərinin Premyer Liqada oyun təcrübəsi yoxdur. Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə, nəticə qazanmağa çalışacağıq. Bu mövsüm isə Premyer Liqada qalmaq üçün mübarizə aparırıq. Öz yetirmələrimizə şans verməyə çalışacağıq. Elnur Cəfərovun yoxluğuna gəlincə, indi onun bizimlə olmasını istərdim. Amma bundan sonra harada oynayacağı futbolçunun öz qərarıdır". (CBC)