Millimizin xorvatlarla matç üçün start heyəti bilindi
2 sentyabr 2015 20:40
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək oyun üçün start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sabahkı qarşılaşmaya ilk dəqiqələrdən bu oyunçuları buraxmağa hazırlaşır.
Kamran Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov, Əfran İsmayılov.
Qeyd edək ki, heyətdə yeganə istisna Əfran İsmayılovun ilk dəqiqələrdən meydana çıxıb-çıxmayacağıdır. İsitsna deyil ki, Prosineçki həmin mövqedə başqa oyunçuya şans versin.