"Xəzər Lənkəranda çıxış etməklə milliyə daha tez düşə biləcəyəm"
5 avqust 2015 00:40
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Eyyubov bu komandada çıxış etməklə Azərbaycan millisinin heyətinə düşmək şansının daha çox olacağını düşünür. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Fikrimcə, "Simurq"la müqayisədə, "Xəzər Lənkəran"da çıxış etməklə yığma komandaya daha tez düşə biləcəyəm. "Xəzər Lənkəran" böyük klubdur. Bunu bura gəldiyim ilk gündən hiss edirəm. Ümid edirəm ki, millinin baş məşqçisi Robert Prosineçki mənim də oyunuma baxacaq".