Qarabağ fanatları Seltikin futbolçularını təhqir etdilər
5 avqust 2015 00:10
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın qonağı olacaq Şotlandiyanın "Seltik" komandası ötən axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqə çıxıblar. Azerisport.az xəbər verir ki, məşqi izləyənlər arasında Ağdam klubunun azarkeşləri də olub.
Tribunalardan birinə cəmləşən "Qarabağ" fanatları Qlazqo təmsilçisinin üzvlərini təhqiredici şüarlara "qonaq ediblər". Ardından "Qarabağ, Qarabağ" qışqıran azarkeşlər arenanı tərk ediblər.