Kvekveskiri: Əsas mənim qol vurmağım yox, vacib səfər görüşündə fərqlənməyimiz idi
5 iyul 2015 00:20
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Oyundan öncə baş məşqçi bizə standart vəziyyətləri necə yerinə yetirəcəyimizi, kimin nə edəcəyini tapşırmışdı. Sağ olsun ki, cərimə zərbələrini vurmağı da mənə tapşırmışdı. Şadam ki, onun ümidlərini doğrulda bildim. Debüt matçımda fərqlənməyə nail oldum. Amma əsas odur ki, biz səfərdə oyununda qol vurmağı bacardıq".