Xəzər Lənkəranda üç yeni futbolçu
5 iyul 2015 00:10
"Xəzər Lənkəran" heyətini yeni futbolçularla gücləndirib. Azerisport.az xəbər verir ki, cənub klubunun düşərgəsinə gələn futbolçulardan biri Qieqo Souza Qusmaodur.
Komandanın sabiq braziliyalı yarımmüdafiəçisi həmyerlisi Rafael Karletti ilə birgə gəlib. Eyni zamanda xorvatiyalı Ante Mitroviç də "ağ-yaşıllar"ın Türkiyə toplanışında iştirak edir.
Qeyd edək ki, hər üç futbolçu hazırda baxışdadır və onların komandada qalıb-qalmayacağına məşqçilər korpusu qarşıdakı günlərdə aydınlıq gətirəcəklər.